Tbilisi metrosunda dəhşətli hadisə: Relslərə düşən sərnişin həyatını itirib

Tbilisi metropolitenində ölümlə nəticələnən dəhşətli hadisə baş verib.

24News.ge xəbər verir ki, “Dövlət Universiteti” stansiyasında bir kişi relslərə düşüb.

Mövcud məlumata görə, hadisə nəticəsində kişinin əli kəsilib və həlak olub. Şahidlər həmin şəxsin sərxoş vəziyyətdə olduğunu bildiriblər.

Daxili İşlər Nazirliyi hadisə ilə bağlı məlumat yayıb. Bildirilir ki, faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsinin 108-ci bəndi ilə cinayət işi başlanıb. Hadisəni törətməkdə təqsirləndirilən bir nəfər şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.