Dəm qazı daha bir can aldı

Xaçmaz şəhərində 30 yaşlı kişi dəm qazından zəhərlənib.

Axar.az xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Roman Rüstəm oğlu Əliyarov yaşadığı evin hamamında çimərkən su qızdırıcısının buraxdığı dəm qazından zəhərlənərək ölüb.

Araşdırma aparılır.