"Həyat Təhrir əş-Şam" (əvvəllər "Cəbhət ən-Nüsrə" adlandırılıb) faktiki olaraq terror təşkilatı deyil".
Oxu.Az xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik "Habertürk" telekanalına açıqlamasında deyib.
"Həyat Təhrir əş-Şam"ın lideri Avropa İttifaqı ilə əlaqələr qurub. HTS hazırda terror təşkilatları siyahısındadır, lakin bu dəyişəcək. HTŞ faktiki olaraq terror təşkilatı deyil", - deyə Ömər Çelik vurğulayıb.
O xatırladıb ki, Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalın ötən həftə Dəməşqdə HTŞ rəhbəri Əbu Muhəmməd əl-Culani ilə rəsmi görüş də keçirib.