ABŞ-də bu yaxınlarda məktəbə hücumu həyata keçirən 17 yaşlı Natali Rupnovun məktubu açıqlanıb. Üç nəfəri öldürməzdən əvvəl yazdığı namədə təcavüzkar Əskişəhərdə bıçaqlı hücumları həyata keçirən Arda K.-dan ilhamlandığını bildirib. Rupnovun sosial media hesabında paylaşdığı məktubda digər soyuqqanlı detallar da yer alıb.
Sherg.az xəbər verir ki, ABŞ-də məktəbə hücum qlobal problemə çevrilib. Hücum nəticəsində 3 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb.
Rupnovun sosial media hesabında paylaşdığı manifestdə dəhşətli detallar var.
Rupnov tərəfindən yazılan məktubda onun, son aylarda Əskişəhərdə bıçaqlı hücumun səbəbkarı Arda K.-ni "ilham mənbəyi" olaraq gördüyü anlaşılır.
Rupnov, həmin türkü məktubunda "son müqəddəs" kimi təsvir edərək, onun hərəkətlərindən təsirləndiyini və onun kimi davranmağa can atdığını deyib.
Amerikalı hücumçu Arda K.-ni məqsədinə çatmaq üçün qətiyyətlə hərəkət edən bir fiqur kimi xarakterizə edib.
Altı səhifəlik məktubunda təcavüzkar ilk olaraq həyat hekayəsini danışır.
Ailəsini bəyənmədiyini bildirməkdən çəkinməyən hücumçu, onlara istinad edərkən "murdarlıq" ifadəsini işlədir.
Ailəsinin də onu sevmədiyini düşünən hücumçu onu ailənin “problemli uşağı” kimi gördüklərini iddia edir.
Keçmişdə özünü öldürməyi düşündüyünü ifadə edən hücumçu, "Mən yanlış insan doğulmuşam. Ailəm murdar insanlardır. Bir ara silah alıb özümü öldürməyi düşündüm, amma daha yaxşı planlarım var" İfadələrini işlədir.
Hücum ərəfəsində özünü necə hiss etdiyini izah edən hücumçu, "İnsanlara və cəmiyyətə nifrət etməyə başladım, bu tamamilə mənim günahım deyil" yazır.
Yalnızlıqda hüzur tapan hücumçu "Heç kim mənə yaxşı gözlə baxmırdı. Mən tək qalmağı xoşlayıram" deyərək özünü cəmiyyətdən kənarda hiss edib.
Qeyd edək ki, ötən aylarda Əskişəhərdə çay bağçasında oturan 5 nəfəri bıçaqlayan Arda K. hücum anını sosial şəbəkədə paylaşıb.
Hücumu həyata keçirən 18 yaşlı Arda özünü nasist adlandırıb.