Bəşər Əsəd rejiminin süqutu Suriya xalqı üçün qurtuluşdur.
APA xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Avropa Parlamentində çıxışında deyib.
“Çoxlu günahsız insanların saxlandığı, işgəncələrə məruz qaldığı və öldürüldüyü Əsəd həbsxanalarından gələn ürəkağrıdan görüntüləri hamımız görmüşük və bu, rejimin əsl siması idi. Buna görə də bir çox suriyalı bu rejimin suqutu ilə birlikdə sevinc içərisindədir”, - Ursula von der Leyen bildirib.
O, həmçinin Suriyadakı yeni keçid hökümətinin atdığı ilk addımların bəzilərini ümidverici adlandırıb.