Bu gün Türkiyə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə böyük nailiyyətlər əldə edir.
APA xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova TBMM sədri Numan Kurtulmuş ilə birgə mətbuat konfransında deyib.
MM sədri bildirib ki, Türkiyə qlobal proseslərə təsir göstərən, sülhə və sabitliyə töhfə verən güclü bir dövlətdir: “Bu gün biz Azərbaycan-Türkiyə münasibətlərinin tarixi dövrünə şahidlik edirik. Ölkələrimiz və xalqlarımız bütün məsələlərdə bir-birini dəstəkləyib. Bu münasibətlər özünün ən yüksək səviyyəsinə, müttəfiqlik səviyyəsinə çatıb. Əməkdaşlıq əlaqələrimiz bütün istiqamətlər üzrə inkişaf edir. Dövlət başçılarımızın verdiyi tapşırıqlar uğurla icra olunur”.