AB diplomatiyasının keçmiş rəhbəri Jozep Borrell İspaniya diktatoru Fransisko Franko üçün yaxşı xarici işlər naziri olardı.
Sherg.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Russia Seqodnya” beynəlxalq media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.
“Borrelə gəlincə, mən hesab edirəm ki, o, bir neçə on il əvvəl yaşasaydı, diktator Franko üçün yaxşı xarici işlər naziri olardı. O, sadəcə olaraq, başqa bir zamanda yaşamaq üçün bəxti gətirməyib. Ona bir neçə siqnal göndərmək istərdim, baxmayaraq ki, bu barədə COP-da (2024-cü ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişikliyi Konfransı - red.) çıxışlarımdan birində danışmışam. Mən hətta Borrelldən sitat gətirdim. O dedi ki, Avropa çiçəklənən bağdır, qalan hər şey cəngəllikdir. Mən isə dedim ki, əgər biz cəngəllikiksə, bizdən uzaq dur”, - Əliyev bildirib.