TBMM sədri: Türkiyə Cənubi Qafqazda davamlı sülh üçün atılan addımları dəstəkləyir

“Türk dünyasının inkişafı qlobal sülhə təhdid deyil”.
APA xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Milli Məclisin sədri Sahibə Qafarova ilə birgə mətbuat konfransında deyib.

TBMM sədri bildirib ki, Türk dünyasının inkişafı üçün Azərbaycanın mühüm töhfələri var: “Cənubi Qafqazda davamlı sülhə nail olunması üçün addımlar atılmalıdır. Regionun sülhə ehtiyacı var”.

Numan Kurtulmuş qeyd edib ki, iki ölkə arasında münasibətlər Azərbaycanın 44 günlük müharibədəki Zəfərindən, Şuşa Bəyannaməsinin imzalanmasından sonra bütün sahələrdə daha dərindən inkişaf edir.

Numan Kurtulmuş onu da qeyd edib ki, ölkəsi hər zaman sülhə nail olma səyləri dəstəkləyir.