Sərnişin təyyarəsinin təkər hissəsində meyit tapılıb

ABŞ-nin  Havay ştatında eniş edən "United Airlines"-a məxsus sərnişin təyyarəsinin təkər yuvsında meyit tapılıb.

Sherg.az xarici KİV-ə istinadən xəbər verir ki,  aviaşirkət açıqlamasında çərşənbə axşamı Çikaqo O'Hare Beynəlxalq Hava Limanından havaya qalxan və Havay adalarının şərqindəki Kahului hava limanına enən təyyarənin təkər quyusunda cəsəd tapıldığını bildirib.

Bildirilib ki, cansız meyitin şəxsiyyəti hələlik müəyyən edilməyib.

Bəyanatda deyilir ki, təkər yuvasına yalnız kənardan daxil olmaq mümkündür. Bu şəxsin təkər evinə necə və nə vaxt daxil olduğu hələ məlum deyil".
 Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, keçən il Parisdə Əlcəzair təyyarəsinin eniş şassisində bir nəfər sağ tapılmışdı.

2022-ci ilin yanvarında Afrikadan Amsterdamdakı Schiphol Hava Limanına gələn Cargolux yük təyyarəsinin təkər hissəsində qaçan şəxs sağ olaraq aşkar edilib.