
Tramp fərqindədir: Putin Ukrayna siyasətində güzəştə getməyəcək - ŞƏRH
03:29 29.12.2024
Siyasət
658
Müharibəni indiki vəziyyətdə bitirmək çətindir
Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Ukraynada sülh üçün hazırladığı təklifi rədd edib.
ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) materialında qeyd edilib ki, Putin Trampın Ukraynanın NATO-ya üzvlüyünü müharibənin dayandırılması şərti kimi ən azı 10 il təxirə salmaq təklifini birbaşa rədd edib.
Putinin bu bəyanatı onun 2021-2022-ci illərdə irəli sürdüyü tələblər üzrə kompromisləri nəzərdən keçirməkdən imtina etdiyini təsdiqləyən silsilə şərhlərinin bir hissəsidir. Bu tələblərə Ukraynanı heç vaxt NATO-ya qoşulmayacaq daimi neytral dövlətə çevrilməyə məcbur etmək, Ukrayna ordusunun sayına sərt məhdudiyyətlər qoymaq və Ukrayna hökumətinin istefaya göndərilməsi daxildir.

Trampın təklifinin Putin üçün niyə qəbuledilməz olmasına dair sualları “Şərq”ə şərh edən Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə, əslində, Donald Trampla Vladimir Putinin eyni siyasi düşüncəyə malik lider olduğunu xatırladıb.
Onun sözlərinə görə, ABŞ-nin yeni seçilmiş Prezidenti Trampın Ukrayna üzrə planını Putin qəbul etməyib. Çünki bu plan Ukraynanın ərazi bütövlüyünü özündə ehtiva edir. Rusiya atəşkəsi qəbul etmir və müharibənin davam etdirilməsində maraqlıdır:
“Rusiyanın əsas planı Ukraynada qalib gəlmək və Şərqi Avropadan NATO çıxarmaq, Qara Dəniz periferyasında əsas söz sahibi olmaqdır. Putin Trampla ona görə görüşməkdə maraqlıdır ki, Rusiyanın təsir dairəsini onun diqqətinə çatdırsın və Ukrayna siyasətindən Vaşinqtonun geri çəkilməsini əsaslandırsın.
Qeyd edim ki, ABŞ Rusiya kimi dövlət sisteminə malik olsaydı, Tramp Rusiya prezidenti ilə razılaşardı. Necə ki, Tramp dünya siyasi nizamına çıxaraq Kanada və Panamanın suverenliyini, müstəqilliyini təhdid edir. Bu səbəbdən deyirəm ki, Tramp da Putin kimi eyni siyasi düşüncəyə malikdir. Qonşu ölkələrin müstəqilliyini qəbul etmir. Lakin ABŞ-nin müstəqil, güclü idarəetmə sistemi ona avantüraya getmək imkanı vermir. Ona görə də Tramp və Putin görüşünün Ukrayna böhranını danışıqlar yolu ilə həll etmək perspektivi yoxdur. Yalnız bir tərəf güzəştə getməlidir. Tərəflərin birinin güzəştə getməsi isə məğlub olması deməkdir”.
Siyasi ekspertin fikrincə, hazırkı situasiyada ABŞ-nin yeni prezidenti də Putinin Ukrayna siyasətində güzəştə getməyəcəyinin fərqindədir. Ona görə Trampın Ukraynaya hərbi yardımları artırması üçün müşavirləri təlimatlar verəcək:
“Döyüş meydanında Rusiyanı güzəştə məcbur siyasətinə üstünlük verilməsi də mümkün ehtimaldır. Donald Tramp dəfələrlə əsas hədəfinin İran olduğunu etiraf edib. Hazırda isə Yaxın Şərqdə İranın geosiyasi mövqeyi zəifləyib. C.Bayden administrasiyası da məhz Trampın İrana üstünlük verəcəyi və Ukrayna müharibəsini arxa planda saxlayacağından narahat idi. Ona görə də məqsədli şəkildə İranın Yaxın Şərqdəki proksi qüvvələri sıradan çıxarılır və İran küncə sıxılır. Bir növ Tramp üçün ən başlıca siyasət kimi Ukrayna müharibəsi saxlanılır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya xəbərdarlıq etdi: Onlar məhv ediləcək!
21:24 17.11.2026
Aktual
Salyanda avtomobil 89 yaşlı piyadanı vuraraq öldürüb
21:12 17.11.2026
Hadisə
Britaniya Ukraynaya mindən çox raket verəcək
21:00 17.11.2026
Dünya
Parisdə keçirilən mitinqdə 28 min insan iştirak edib
20:37 17.11.2026
Dünya
Mark Rutte: Kırım körpüsünə hücumun uğurlu olduğu görünür
20:18 17.11.2026
Gündəm
Co Bayden: 2008-ci ildə Ukraynaya verilən vəd vaxtından əvvəl idi
20:10 17.11.2026
Gündəm
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
19:48 17.11.2026
Hadisə
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə