Simpsonların 2025-ci il proqnozları: Dollar çökəcək

Serialda ekoloji fəlakətlərdən qorunmaq üçün nəhəng bir günbəzin inşa ediləcəyi bildirilir


 Dünyanın ən çox baxılan cizgi seriallarından biri olan Simpsonlar keçmişdə bir çox mühüm hadisələri illər öncədən proqnozlaşdıraraq diqqətləri üzərinə çəkmişdi. İndi isə serialın 2025-ci ilə dair proqnozları sosial mediada trend mövzusuna çevrilib. Bu proqnozlar gerçəkləşərsə, bütün dünyada böyük dəyişikliklər və problemlər yarana bilər. 

Sherg.az xəbər verir ki, 36 mövsümdür həm əyləncəli bir animasiya, həm də "öngörmə aləti" olaraq görülən Simpsonlar 2025-ci il üçün proqnozlarını açıqlamağa başlayıb.

 
Simpsons serialının bir hissəsində 2025-ci ilə işarə edən günəş fırtınası fəlakətindən bəhs edilir. Bu fırtına səbəbindən bütün elektron cihazların sıradan çıxacağı proqnozlaşdırılır.

Alimlər deyirlər ki, belə günəş fırtınaları təxminən 100 ildə bir dəfə baş verən təbii hadisələrdir. Bənzər bir hadisə 1922-ci ildə dünyaya təsir edib. 


Əgər bu proqnoz gerçəkləşərsə, müasir dünyanın tamamilə dayana biləcəyi deyilir.

Başqa bir proqnoz ekoloji problemlərə diqqət çəkir. Serialda böyük korporasiyaların səbəb olduğu ekoloji fəlakətlərdən qorunmaq üçün nəhəng bir günbəzin inşa ediləcəyi bildirilir. 


 
Bu günbəz insanların yaşamaq üçün yararsız hala gələn ərazilərdən qaçmaq üçün istifadə edəcəyi sığınacaq kimi təsvir edilib. Bu proqnoz ekoloji fəlakətlər və iqlim dəyişikliyi ilə bağlı mübahisələri yenidən alovlandırıb.

Simpsonlar serialının başqa bir hissəsində ABŞ dollarının bütün dəyərini itirdiyi və insanların virtual valyutalara üz tutduğu görünür.

Bu proqnoz 2025-ci ildə qlobal iqtisadiyyatda böyük bir qırılma ola biləcəyi ehtimalını xatırladır. Xüsusilə, kriptovalyutaların yüksəlişi bu ssenarini daha da ehtimal edir.