Hasan Oktay: Trampın metodu ilə nə Qəzzada, nə də Ukraynada həll tapmaq mümkün görünmür
Yusif Nəzərli
11:32 21.02.2025
Aktual
667
Ədalətli və davamlı sülhə nail olmağın yolu milyonlarla fələstinlinin öz torpaqlarından qovulması deyil.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Yohannesburqda keçirilən G20 xarici işlər nazirlərinin toplantısının “Qlobal Geosiyasi Vəziyyət” adlı sessiyasında çıxışı zamanı deyib.
“Fələstinlilərin böyük fədakarlıq göstərdiyi torpaqlar müzakirə mövzusu deyil. İkitərəfli həll gecikmiş və daimi sülhün yeganə yolu olaraq qalır. Bu həllin həyata keçirilməməsi yalnız münaqişə dövrünü uzadacaq”, – Türkiyə XİN rəhbəri bildirib.
Digər tərəfdən, Fidan Suriyadakı son hadisələrin ümidverici olduğunu qeyd edərək, Suriyada əhatəli keçid prosesi istiqamətində önəmli addımların atıldığını bildirib. Eyni zamanda Suriyanın bərpası üçün sanskiyaların ləğv edilməsinin önəmini vurğulayıb.
“Bütün etnik və dini qruplara bərabər münasibət göstərməkdə qəti qərarlılıq var. Terrorla mübarizə əzmi sarsılmaz olaraq qalır. Region ölkələrinin narahatlıqları həll edilir. Kimyəvi silahlara nəzarət prioritet olaraq qalır. Suriyanın bərpasının mənalı şəkildə davam etməsi üçün ilkin şərt qoyulmadan sanksiyalar ləğv edilməlidir”, – deyə nazir əlavə edib.
Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay "Sherg.az"a deyib ki, Qəzza mövzusunda Trampın qeyri-adi mövqeyi bölgədəki maneələri yenidən formalaşdırmaq üçün dəyişdirdi:
"Heç bir İslam ölkəsinin Qəzza ilə bağlı bu qərarın icrasına icazə verməyəcəyi açıqdır və Türkiyə də bunun tam əks mövqeyində dayanır.
Qəzzada sürgün deyil, ikili həll yolu və ya yeni bir yanaşma kimi, Fələstin xalqının İsrail dövlətində bərabər vətəndaş hüquqları çərçivəsində yenidən müəyyən edilməsi və İsrailin dini dövlət modelindən uzaqlaşması ilə yeni bir sosial müqavilə bağlanaraq sülh təmin edilə bilər.
Bunun xaricində, Trampın metodu ilə nə Qəzzada, nə də Ukraynada bir həll tapmaq mümkün görünmür. Xüsusilə Ukrayna məsələsindəki mövqeyi Avropa İttifaqı ilə ABŞ-ı üz-üzə qoydu. Amerika, İkinci Dünya Müharibəsindən sonra qarşı blok kimi gördüyü Rusiya ilə ittifaq qurarkən, Avropa İttifaqını qarşısına almış oldu. Ola bilsin ki, ABŞ bu addımı Rusiyayla əməkdaşlıq edərək Çinə qarşı böyük bir strateji gediş üçün atır, lakin bunun təməli düzgün qurulmadığı üçün, Qəzza açıqlamasında olduğu kimi, hazırkı vəziyyətdə uğur qazanması çətin görünür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi