Fransa nüvə silahlarını müttəfiq ərazilərdə yerləşdirə bilər - "Le Figaro"

Fransa prezidenti Emanuel Makron ABŞ-nin nüvə silahlarını Avropadan çıxaracağı təqdirdə, Fransanın öz nüvə silahlarını müttəfiq ərazilərdə yerləşdirə biləcəyini təklif edib.

Sherg.az "Le Figaro" nəşrinə istinadən xəbər verir ki, Paris avropalı tərəfdaşları ilə nüvə əməkdaşlığını dərinləşdirməyə hazırdır.

"Makron Fransanın çəkindirmə mövzusunda hərbi müttəfiqlərlə koordinasiya içində hərəkət edə biləcəyini bildirib. "Nüvə problemlərindən qorxmaq lazım deyil" deyə o əlavə edib və Fransanın nüvə doktrinasının dəyişməz qaldığını vurğulayıb", - nəşr qeyd edir.