Beşinci mərtəbədən yıxılan yeniyetmə sağ qaldı

Yaşayış binasının beşinci mərtəbəsindən yerə yıxılan yeniyetmə sağ qalıb.

Sherg az APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax şəhərində qeydə alınıb.

İntihara cəhd etdiyi ehtimal olunan 14 yaşlı Fərid İsmayilov Yevlax rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Fakt Yevlax rayon prokurorluğunda araşdırılır.