Gəncədə qadın bıçaqlandı

Gəncədə bir qadının bıçaqlanması ilə nəticələnən cinayət hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Ş.İ.X. prospektində mağazalardan birinin qarşısında qeydə alınıb.

40 yaşlı K. Quliyeva bıçaq xəsarəti ilə xəstəxanalardan birinə yerləşdirilib.

Qadına ilkin tibbi yardım göstərilib. İlkin məlumata görə, onu tanıdığı şəxs bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.