"Şəmkir" futbol klubunun baş məşqçisi Vüqar Nadirovun Birinci Qarabağ müharibəsində şəhid olmuş atası Ərşad Nadirovun məzarı 32 ildən sonra tapılıb.
Bu barədə Teleqraf-ın yerli bürosuna Vüqar Nadirov özü məlumat verib.
44 günlük Vətən müharibəsində Vüqar Nadirovun atasının məzarının olduğu Ağdam rayonunun Uzundərə adlanan ərazisi işğaldan azad edilsə də ora təhlükəli hesab olunduğu və işğal dövründə ermənilər məzarlığı dağıtdığı üçün deyilən ünvana səfər etmək mümkün olmayıb.
Nəhayət bu gün şəhidin ailə üzvləri Ağdam rayonuna gedərək məzarı ziyarət ediblər.
"Bu gün mən, bacılarım və atamı tanıyan, onunla döyüş yoldaşı olan iki nəfərlə Uzundərə ərazisinə getdik. Atam döyüşçü yoldaşlarına vəsiyyət edib ki, şəhid olsam, məni Uzundərə ərazisindəki, hündür təpədə dəfn edin. Belə də ediblər. Ağır döyüşlər altında atamı həmin ərazidə dəfn ediblər".
“General” ləqəbli Ərşad Nadirov Qarabağ müharibəsində batalyon komandiri olub.