Nyu-Yorkda helikopter çaya düşüb, 6 nəfər ölüb

Nyu-Yorkda helikopter qəza edərək Hadson çayına düşüb.

APA xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb.

Şəhər polisi təyyarənin göyərtəsində pilot, 3 uşaq və 2 böyükdən ibarət ailənin olduğunu açıqlayıb.

Ailə İspaniyadan gəlmiş turistlər olub. Helikopter qəzadan əvvəl 12 dəqiqə havada olub. Hadisənin baş vermə səbəbi araşdırılır.