Oynamaq üçün həyətə çıxmışdı: 6 saat sonra ölü tapıldı

ABŞ-ın Mississippi ştatında yaşayan 6 yaşlı Gracelynn Vick, evlərinin həyətinə oynamağa çıxdıqdan 6 saat sonra ölü tapılıb.
Sherg.az xəbər verir ki, xarici KİV-ə istinadən xəbər verir ki, polis əməkdaşlarının verdiyi açıqlamaya görə, Gracelynn Vick 13 aprel bazar günü günorta saatlarında evlərinin həyətində oynamaq üçün çölə çıxıb. Qısa müddət sonra isə yoxa çıxıb.
Ailəsinin dərhal polisə xəbər verməsindən sonra başlanan axtarışlar saatlarla davam edib. Vəkillər eyni gün, təxminən saat 18:00 radələrində balaca qızın evə yaxın ərazidə ölü halda tapıldığını bildiriblər.
İstintaq davam etdiyi üçün hazırda heç kimin həbs olunmadığı açıqlanıb. Hadisənin cinayət olub-olmadığını müəyyən etmək üçünsə hələlik çox tez olduğu deyilir. Qızın otopsi (meyit müayinəsi) nəticələrinə dair də hələ rəsmi açıqlama verilməyib.
Gracelynnin 13 yaşlı bacısı Victorianın da 1 il əvvəl baş verən bədbəxt hadisə nəticəsində dünyasını dəyişdiyi, qardaşı Larry Hartın isə 2021-ci ildə xəstəlik səbəbilə həyatını itirdiyi qeyd olunub.