Tehrandan xəbərdarlıq: İrana hücum bütün bölgəni partladacaq
Yusif Nəzərli
05:49 30.04.2025
Region
347
İsrailin İrana istənilən hücumu barıt çəlləyini alovlandıracaq və bütün regionda partlayışa səbəb olacaq.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.
İsrail Baş naziri Benyamin Netanyahunun İranın nüvə proqramının ləğv edilməsi zərurəti ilə bağlı bəyanatına toxunan spiker qeyd edib:
“İran xalqı köhnə “yaxşı polis-pis polis” oyununa aldanmayıb. Ölkəmizə qarşı istənilən hücum bütün bölgəni partladacaq barıt çəlləyinin yandırılması deməkdir. Hücum potensialımızı mümkün qədər böyük ölçülərdə maksimuma çatdırmaq üçün əllərimiz açıqdır və bunu etmək üçün bacarıq və iradəmiz var”.
Qalibaf iddia edir ki, İsrail Vaşinqtonsuz heç bir macəraya getməyəcək, amma İrana istənilən hücum (Yaxın Şərqdəki) Amerika bazalarını cavab reaksiyasına məruz qoyacaq.
Ətraflı
Xatırladaq ki, İsrail baş naziri aprelin 27-də İranın nüvə infrastrukturunun tamamilə ləğv edilməsi çağırışını təkrarlayıb.
Netanyahu bəyan edib ki, İranla yeganə yaxşı sövdələşmə Liviyanın 2003-cü ildə Qərblə bağladığı və nüvə, kimyəvi, bioloji və raket proqramlarından əl çəkdiyi razılaşmaya bənzər, bütün infrastrukturun ləğvi ilə nəticələnən anlaşma olacaq.
“ABŞ ilə sıx təmasdayıq. İran heç bir halda heç bir nüvə silahına malik olmayacaq”, - İsrail lideri vurğulayıb.
Həmçinin Netanyahu qeyd edib: “İran oxunu (Yaxın Şərqdəki proksi qüvvələrini – red.) darmadağın etdik, amma hələ çox işimiz var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Yamaykanı təbrik etdi
18:53 06.08.2026
Siyasət
Rusiya bu ölkələrə Ukrayna dronları ilə hücum edə bilər
18:39 06.08.2026
Dünya
Sosial şəbəkələr neytral deyil - Siyasi şərhçi
18:39 06.08.2026
Texnologiya
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
18:26 06.08.2026
İnfrastruktur
AZAL-da dəyişikliklər müsbət siqnaldır - Natiq Cəfərli
18:19 06.08.2026
Aktual
Türkiyə regionda yeni təhlükəsizlik xəritəsi formalaşdırır - ŞƏRH
18:00 06.08.2026
Gündəm
Qaqik Tsarukyana qarşı yeni ittihamlar irəli sürülüb
15:57 06.08.2026
Region
Tramp Ukraynanı arxa plana atıb - Maksim Yali
15:49 06.08.2026
Gündəm
Telefonla keçən yay uşağın beynini bərpa etmir - Psixoloq
15:49 06.08.2026
Elm və Təhsil
Ərdoğan Dövlət Baxçalı ilə görüşdü
15:34 06.08.2026
Gündəm