Yalovada qaçan qurbanlıq qoyun nəqliyyatı bir-birinə qatdı

Qurban Bayramına az qalmış qaçan qurbanlıq heyvanlarla bağlı xəbərlər gəlməyə başlayıb.

Sherg.az xəbər verir ki, Türkiyənin Yalova bölgəsində Yalova-İzmit avtomobil yolunun Çiftlikköy rayonu ərazisində, Kocaeli istiqamətində yolun ortasında qaçan qoyunu görən sürücülər təəccübləniblər.

Vətəndaşlar həmin anları mobil telefon kamerası ilə qeydə alıblar.

Avtomobil yolunda hərəkət edən və nəqliyyatın sıxlaşmasına səbəb olan qoyun bir müddət sonra tutulub və sahibinə təhvil verilib.