Ermənistanda Paşinyana qarşı cinayət işinin açılması üçün çağırış edilib
Yusif Nəzərli
22:15 31.05.2025
Cənubi Qafqaz
282
"Ayakve" təşəbbüs qrupu Ermənistanın baş prokuroru Anna Vardapetyana baş nazir Nikol Paşinyana qarşı təhqir və Erməni Apostol Kilsəsinin (EAK) işlərinə müdaxilə etdiyinə görə cinayət işinin başlanması çağırışı ilə müraciət göndərib.
Oxu.Az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə ictimai xadim Avetik Çalabyan "Facebook"da canlı yayımda məlumat verib.
"Biz Ermənistanın baş prokuroru Anna Vardapetyanın diqqətini Paşinyanın, bizim nöqteyi-nəzərimizdən dövlətin EAK-nın daxili işlərinə qarışmasına bərabər olan hərəkətlərinə cəlb etmək istəyirik. Ermənistan konstitusiyası dövlətin erməni kilsəsinin və ya hər hansı digər dini qurumun işlərinə qarışmayacağına təminat verir", - o bildirib.
Çalabyan əlavə edib ki, bunun fonunda Paşinyanın sosial şəbəkələrdə paylaşımlarının Ermənistan konstitusiyasına uyğunluğunun araşdırılması üçün cinayət işinin başlanması lazımdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya