Cəlilabadda 21 yaşlı oğlan itkin düşüb

Cəlilabad rayon sakini itkin düşüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad rayon Seyidbazar kənd sakini, 2004-cü il təvəllüdlü Əlisa Hüseynağa oğlu Mirzəyev ötən gün evi tərk edərək, naməlum istiqamətə gedib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda həmin şəxsi tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.