Gürcüstanın azərbaycanlılar yaşayan kəndində qətl hadisəsi törədildi

Gürcüstanın Laqodexi rayonunun azərbaycanlılar yaşayan Qabal kəndində silahlı insident baş verib.

Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumatlara əsasən, naməlum şəxs kəndin bazarında ət dükanı olan orta yaşlı kişiyə bir neçə dəfə atəş açıb.

Həmin şəxs xəstəxanaya çatdırılıb, lakin həyatını xilas etmək mümkün olmayıb.

İnsidentin digər təfərrüatları hələ məlum deyil.

Hadisə yerinə polis cəlb olunub.