Şamaxıda avtomobil dirəyə çırpılıb, sürücü və sərnişin xəsarət alıb

Şamaxıda avtomobil qəzası baş verib.

APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Meysəri kənd ərazisində qeydə alınıb.

İlkin məlumata görə, sürücü 2003-cü il təvəllüdlü Sadıqov Əli Nağı oğlu idarəetməni itirərək avtomobili yol kənarındakı dirəyə çırpıb. Hadisə nəticəsində sərnişin 1966-ci il təvəllüdlü Sadıqova Reyhan Məmməd qızı və sürücü ağır bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.


Vəziyyətləri ağır olduğundan gecə saatlarında Bakı şəhərində xəstəxanalardan birinə köçürülüblər.

Faktla bağlı araşdırma aparılır.