AKP sözçüsü: PKK-nın bütün qolları silahı yerə qoymalı və tamamilə yox edilməlidir
Yusif Nəzərli
11:07 13.07.2025
Dünya
338
"Terrorçusuz Türkiyə" prosesi fasiləsiz şəkildə davam edəcək. PKK-nın bütün strukturları silahı yerə qoymalı və məhv edilməlidir.
Teleqraf xəbər verir ki, bunu Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik partiyanın Ankarada keçirilən toplantısında çıxışı zamanı deyib.
Çelik Prezident Rəcəb Tayyib Ərdoğanın toplantı çərçivəsindəki çıxışının dünyada geniş rezonans doğurduğunu bildirib:
“Terror məsələsi sona çatmalıdır. Bu proses fasiləsiz şəkildə davam etməlidir. Terrorçusuz bir Türkiyə modeli həm də bölgə üçün nümunə olacaq. Silahların məhv edilməsi böyük əhəmiyyət daşıyır. PKK-nın bütün qolları silahı yerə qoymalı, fəaliyyətlərinə son verməlidirlər”.
Çelik qeyd edib ki, bu istiqamətdə parlamentdə yeni bir komissiya yaradılacaq və bu komissiya “Terrorçusuz Türkiyə” prosesində mühüm rol oynayacaq:
“Parlament bu prosesə müşahidəçi və rəhbərlik edən qurum kimi daxil olacaq. Prezidentimizin dövlət orqanlarına verdiyi göstərişlər çərçivəsində hər kəs öz yerində və vəzifəsinin başındadır”.
AKP sözçüsü həmçinin qeyd edib:
“Türk milliyyətçilərinin lideri Devlet Bahçelidir. Onun tarixi çağırışı ilə yeni bir dövr başladı. Dövlətimiz hüquq əsasında idarə olunur. Bu proses heç bir güzəşt və ya alver deyil. Dövlətimizin əsas prinsipləri müzakirə mövzusu ola bilməz. Bu günə qədər qazandığımız uğurlar şəhid və qazilərimizin fədakarlıqları nəticəsində əldə olunub. Türkiyə suverenliyini qorumağı bacarıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual