Bakıda yanğın oldu, xəsarət alan var

Bakının Qaradağ rayolnunda yanğın olub, xəsarət alan var.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirlyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Qaradağ rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.