
Zibil atanlar çimərlik təmizləməyə məcbur
edilsin - EKSPERT
12:57 17.07.2025
Gündəm
388
Yay aylarında insanlar sərinləmək, əylənmək üçün çimərliklərə üz tuturlar. Lakin sahilin kənarındakı tullantılar insanların narahatlığına səbəb olur. Tullantılar çimərlik mövsümündə ən böyük problemlərdən biridir. Bəzən insanlar dənizə gedərkən özləri ilə apardıqları əşyaları , yeməkləri , su qabların və.s sahilə atırlar. Bu da digər insanları narahat edir. Sahildə rahat gəzə bilmirlər.
Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı “Sherg.az”a bildirib ki, dəniz kənarındakı tullantılar cəmiyyətin əbədi problemidir:

“Heç bir maariflənmə, izahetmə, qınama bu problemi həll etmir. Bu kimi problemlərin yalnız bir həll yolu var: ağır cəza və cərmilərdir. Əksər çimərliklərdə kameralar quraşdırılıb və nəzarətçilər var. Sahilə tullantı atan şəxslər ciddi şəkildə cəzalandırılmalı, cərimələnməli və ya ictimai işlərə cəlb olunmalıdırlar. Məsələn, həmin çimərlikdəki bütün zibilləri yığıb, daşıması təşkil olunmalıdır. Bu , ictimailəşərsə, digər insanlara da dərs olar ki, belə mədəniyyətsizliyin cəzası var. Cəza olmadığı təqdirdə cəmiyyətdə hər kəs öz istədiyini edəcək. İllərdir izah edirik ki, bu, insani hərəkət deyil. Lakin heç bir təsir göstərmir. Təbiətə atılan kimyəvi zibillər daha təhlükəlidir. Plastik butulkalar, salafan paketlər və.s belə tullantılar torpağa, suya zərərlidir”.
Sosioloq, dəniz kənarına tullantıların atılmaması üçün hansı addımları atmaq lazımdır - onlardan da danışıb:
“Cəmiyyət hər yerə özünün malı kimi baxsa, problemin qarşısı alınar. Əgər kimsə sahilə zibil atarsa, digəri onu görüb polisə xəbər verərsə, həmin adamnın cəzalanmasına nail olurlar. Hətta cəzalandırılan adamların sayı artdıqca bu, başqaları üçün çəkindirici vasitə olacaq. Azərbaycanda heç ictimai irad yoxdur. Buna görə də nəzarət gücləndiriməli, cəzalar atırılmalıdır ki, problem həll olunsun”.
Kəmalə Vəliyeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə