
Dəmir yolunun lap kənarında təhlükə saçan tiklilər sökülməlidir -AÇIQLAMA
13:22 24.07.2025
Hadisə
446
30 il vəzifəli şəxslər göz yumub
Dəmir yollarının ətrafında qanunsuz tikintilər uzun illərdir davam edən problemlərdən biridir. Əsasən Abşeron dairəvi xətti üzrə dəmir yolu, o cümlədən Nərimanov-Böyükşor, Keşlə sahələrində mühafizə zolağını nəzərə almadan tikilən evlər ciddi təhlükə törədir.
Hazırda ərazidə 161 qeyri-qanuni tikilmiş ev var. Burada ümumilikdə 156 ailə, 543 nəfər yaşayır. Araşdırma göstərir ki, yaşayan şəxslər Azərbaycanın 40 şəhər və rayonunu təmsil edirlər. Onlardan yalnız 12-si keçmiş məcburi köçkün ailəsidir.
Bunlardan 54 ailənin başqa ünvanda evi var. 11 nəfər isə oradakı evini kirayəyə verib.
Qanunsuz tikililər nəqliyyat təhlükəsizliyinə necə təsir edir?
Qeyd edək ki, evlər sənədsizdir, qeyri-qanuni tikilib. Dəmir yolunun mühafizə zolağında yerləşən bu evlər dəmiryolu nəqliyyatına ciddi problemlər yaratmaqla yanaşı, sakinlərin həyatı üçün də təhlükəlidir.
Belə ki, son 3 ildə dəmiryolunun mühafizə zolağında yerləşən ərazilərdə çoxsaylı bədbəxt hadisə baş verib, 30-dan artıq adam həyatını itirib və ya ağır xəsarət alıb.
Bundan başqa, yanğınsöndürən, təcili tibbi yardım maşınları əraziyə daxil ola bilmir. Kommunal xidmət çox aşağı səviyyədədir, işin müvafiq qaydada təşkili mümkün deyil. Buna görə də antisanitariya mühiti mövcuddur.
Eyni zamanda, tikinti normalarına uyğun olmayan bu evlər şəhərin ümumi görünüşünü pozur.
Məsələyə münasibət bildirən “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli Sherg.az-a söyləyib ki, qanunsuz tikilmiş, sənədləşdirilməmiş yaşayış sahələrinin formalaşması müəyyən dövrlərdə bəzi vəzifəli şəxslərin səhlənkarlığı, məsuliyyətsizliyi və şəxsi maraqları nəticəsində baş verib:

“Burada sual yaranır ki, bu tip tikililər, xüsusilə dəmir yolu xətlərinin yaxınlığında yerləşən və 20-30 il və ya daha əvvəl inşa edilən obyektlər, həmin dövrdə Dəmir Yolu İdarəsi, hüquq-mühafizə orqanları və ya digər səlahiyyətli qurumlar tərəfindən qeydə alınmayıbmı? Eyni zamanda, bu dövrdə rayon icra hakimiyyətinin də prosesdən xəbərsiz olması real görünmür. Aydın şəkildə bəllidir ki, bu kimi halların böyük əksəriyyəti səlahiyyətli şəxslərin səssiz razılığı və fərdi maraqları əsasında həyata keçirilib. Bununla belə, nəzərə almaq lazımdır ki, həmin ərazilərdə vətəndaşlar artıq 20-30 ildir ki, yaşayırlar. Bu səbəbdən də mövcud vəziyyətin həlli zamanı sosial narazılığın yaranmaması üçün vətəndaşların hüquq və mənafeləri nəzərə alınmalı, mümkün olduğu halda kompensasiya mexanizmləri tətbiq edilməlidir. Dövlət orqanlarının əsas məqsədi ölkə rəhbərinin tələblərinə uyğun olaraq vətəndaş məmnunluğunu təmin etmək olmalıdır. Əgər atılan və ya atılacaq hər hansı inzibati addım vətəndaş məmnunluğunu pozursa, bu, yolverilməzdir. Qeyd olunan məsələlərin kompleks şəkildə nəzərdən keçirilməsi və kompromis həll yollarının tətbiqi ilə bu prosesin optimal nəticəyə yönəldilməsi məqsədəuyğundur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm
Kadırov Çeçenistan rəhbəri vəzifəsinə namizəd kimi qeydə alınıb
19:25 06.08.2026
Dünya
Salah Türkiyədə nə qədər qazanacaq? - Rəsmi
19:09 06.08.2026
Futbol
Azərbaycan XİN Yamaykanı təbrik etdi
18:53 06.08.2026
Siyasət
Rusiya bu ölkələrə Ukrayna dronları ilə hücum edə bilər
18:39 06.08.2026
Dünya
Sosial şəbəkələr neytral deyil - Siyasi şərhçi
18:39 06.08.2026
Texnologiya
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
18:26 06.08.2026
İnfrastruktur
AZAL-da dəyişikliklər müsbət siqnaldır - Natiq Cəfərli
18:19 06.08.2026
Aktual
Türkiyə regionda yeni təhlükəsizlik xəritəsi formalaşdırır - ŞƏRH
18:00 06.08.2026
Gündəm