Ramzan Kadırov Türkiyədə dənizdə ölümdən döndü

Bodrumda istirahət edən Çeçenistan lideri Ramzan Kadırov dənizdə boğulma təhlükəsi ilə üzləşib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Kadirov Sahil Mühafizəsi qrupları tərəfindən sahilə çıxarılaraq təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, həyati təhlükəsi sovuşub, hazırda vəziyyəti yaxşıdır.