Əlillərə qarşı zorakılıq edilib

Türkiyənin Karaman bölgəsindəki Başyayla rayonunda yerləşən xüsusi baxım mərkəzində çəkilmiş görüntülərdə, əlillərin işçilər tərəfindən zorakılığa məruz qaldığı ortaya çıxıb.

Sherg.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərin ardından, Ailə və Sosial Xidmətlər İdarəsi açıqlama verib.

Qeyd olunub ki, hadisə yanvar ayında keçirilən yoxlamalarda aşkar edilib və dərhal inzibati istintaq başladılıb:

“Xəbərdə adı keçən şəxslərin iş müqaviləsi ləğv olunub və onlar barəsində cinayət işi açılıb”.