Gəncədə yol qəzası - Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlar olub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, ilkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.