Aviasiya tarixinin ən möcüzəvi xilas hekayələrindən biri 1981-ci il avqustun 24-də keçmiş SSRİ-də baş verib.
Sherg.az xəbər verir ki, həmin gün "Antonov An-24RV" ilə "Tupolev Tu-16K" havada toqquşub. Qəza nəticəsində 37 nəfər həlak olub. Yalnız 20 yaşlı tələbə Larisa Savitskaya sağ qalıb.
Məlumata görə, təyyarənin quyruq hissəsində əyləşən Savitskayanın olduğu hissə təxminən 5 min metr yüksəklikdən tayqa meşəsinə düşüb. Ağcaqayın ağaclarının zərbəni qismən yumşaltması onun həyatını xilas edib.
Qadın qabırğa, qol və ayaq sınıqları, beyin silkələnməsi ilə üç gün meşədə kömək gözləyib. Nəhayət, axtarış-xilasetmə qrupları onu sağ vəziyyətdə tapıblar.
Sonradan məlum olub ki, sərnişin siyahısına əsasən onun üçün artıq qəbir də qazılmışdı. Savitskaya uzunmüddətli müalicədən sonra sağalıb və illər sonra başına gələnlər əsasında çəkilən "Odna" ("Tək") filminin hazırlanmasında məsləhətçi kimi iştirak edib.