Abşeronda 33 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb

Abşeronda 33 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.

APA-nın məlumatına görə, hadisə ötən gün rayonun Xırdalan şəhərində baş verib.

Məlumata görə, şəhər sakini 1993-cü il təvəllüdlü Turan İlham oğlu Xəlilli yaşadığı evdə dəm qazından ölüb.

Faktla bağlı araşdırma aparılır.