Adını açıqlamadı, Türkiyəyə 30 milyon bağışladı

Adı açıqlanmayan pakistanlı iş adamı dağıdıcı zəlzələ fəlakətindən dolayı Türkiyəyə 30 milyon dollar yardım edib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin ABŞ-dakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən şəxs adının açıqlanmasını istəməyib.