Ağciyər Xəstəlikləri İnstitutunda insident
Yusif Nəzərli
11:08 18.10.2022
Hadisə
567
Bakı şəhəri, Nizami rayonunda yerləşən Ağciyər Xəstəlikləri İnstitutunda insident baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, oktyabrın 15-də xəstəxanaya gələn 1995-ci il təvəllüdlü R.Əsədov orada müalicə olunan qardaşının yanına keçib onunla görüşmək istədiyini bildirib. Həmin şəxsə palataya keçməyin qadağan olduğu bildirilsə də, R.Əsədov qardaşının vəziyyətinin ağır olduğunu bildirib və içəri keçməkdə israr edib.
O, bıçaqla mühafizəçiyə hücum edərək onu hədələyib. Əraziyə cəlb edilən polis əməkdaşlarının köməkliyi ilə həmin şəxs saxlanılaraq Nizami RPİ-nin 25-ci Polis Bölməsinə aparılıb.
Barəsində protokol tərtib edilən R.Əsədov Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə ona 15 sutka həbs cəzası verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə