Ağdaşdakı qəzada ölənlərin kimliyi müəyyənləşdi - YENİLƏNİB

Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin kimliyi məlum olub.

Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a bildirilib ki, hadisə zamanı Zamir İbrahimov və Şamil Həlləyev vəfat edib.

09:20

Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan magistral yolunun 262-ci kilometrliyinin Ləki qəsəbəsindən keçən hissəsində qeydə alınıb. 

“Mercedes-Benz” markalı minik avtomobili ilə yük maşını toqquşub.

Baş verən hadisə zamanı “Mercedes-Benz”in sürücüsü və bir sərnişin ölüb.

Qəza zamanı bir nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.