AKP-nin binasına silahlı basqın edən şəxs saxlanıldı - YENİLƏNİB

Adanada hakim AK Partiyanın Çukurova rayon Başkanlığı binasına edilən silahlı hücumla bağlı Adana Respublika Prokurorluğu tərəfindən istintaq başladılıb.
Bakupost.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ “Twitter“ hesabında məlumat paylaşıb.
O, bu hücumu qınadığını bildirərək, onu törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığını da vurğulayıb.
***
Adananın Çukurova rayonunda hakim AK Partiyanın binasına silahlı basqın edilib.
Bu barədə AK Partiya sədr müavini Erkan Kandemir məlumat yayıb.
"Çukurova rayon binamıza silahlı hücumu qınayırıq. İnanırıq ki, günahkar ən qısa zamanda tapılacaq" , - deyə Erkan Kandemir bildirib.