Paşinyan Bakı ilə sülh sazişinin imzalanması üçün yeni tarix açıqladı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 2027–2028-ci illərdə imzalana biləcəyini bildirib.

Sherg.az xəbər verir ki, Paşinyan cümə axşamı jurnalistlərə açıqlamasında tərəflərin bu istiqamətdə işləməli olduğunu vurğulayıb.

“Bildirmişdim ki, Azərbaycanla sülh sazişi 2031-ci ilə qədər imzalana bilər. Daha dəqiq desəm, hesab edirəm ki, sazişi 2027–2028-ci illərdə imzalamalıyıq”, – deyə o qeyd edib.

Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişinin razılaşdırılmış mətnini paraflayıblar. Azərbaycan tərəfi sazişin imzalanması üçün Ermənistan Konstitusiyasına dəyişiklik edilməsini şərt kimi irəli sürür.