Baş nazir Qasımovun Ermənistana keçməsi barədə: Nə etməli idik, öldürməliydik?

“Şəxs sərhədi keçib, hərbçilər onu aşkar edərək Dövlət Təhlükəsizliyi Xidmətinə təhvil veriblər”.

Teleqraf xəbər verir ki, bunu azərbaycanlı çobanın yolu azaraq Ermənistan ərazisinə keçməsi barədə danışan Baş nazir Nikol Paşinyan deyib.

“Adamın gəldiyini görəndə atəş açmalı, onu öldürməli idilər? Onun piyada gəldiyini görüblər, saxlayıb təhvil veriblər. Onu İrəvanda “Respublika” meydanından tutmayıblar”, - Baş nazir əlavə edib.

Paşinyanın sözlərinə görə, dünyada elə bir sərhəd yoxdur ki, insan onu keçə bilməsin:

“Belə bir sərhəd yoxdur. Makedoniyalı İsgəndərin dövründən bu günə qədər belə bir sərhəd, təmas xətti olmayıb. Problem nədir?”.

Baş nazir həmçinin sual verib ki, nə üçün heç kim həmin şəxsin Azərbaycan sərhədini necə keçdiyini soruşmur.

Ermənistan Milli Təhlükəsizlik Xidməti bundan əvvəl oktyabrın 19-da Azərbaycan vətəndaşının Ermənistan sərhədini keçdiyini təsdiqləyib:

“19 oktyabr 2026-cı il tarixində, saat 17:50 radələrində Tovuz rayonunun Çatax kənd sakini, Azərbaycan Respublikası vətəndaşı, 1968-ci il təvəllüdlü Qasımov Yaşar Əli oğlu Ermənistan Respublikası ərazisində (Tavuş rayonu) tapılıb. Həyata keçirilən yoxlama tədbirləri nəticəsində məlum olub ki, Azərbaycan Respublikası vətəndaşı azaraq Ermənistan Respublikası ərazisinə keçib. Azərbaycan Respublikası vətəndaşının geri qaytarılması üçün müvafiq tədbirlər görülür”.

Xatırladaq ki, dünən Ermənistan mediası azərbaycanlı çobanın yolunu azaraq ölkə ərazisinə keçdiyi barədə məlumat yaymışdı.