
Ana yenə fəryad edir - Fəridin müdafiəsi üçün fantastik məbləğdə pul tələbi
09:13 03.08.2023
Hadisə
460
İran məhkəməsi tərəfindən haqsız mühakimə olunan həmyerlimizin hüquqları ən yüksək səviyyədə qorunmalıdır
Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov isə “Sherg.az"a açıqlamasında deyib ki, İrana səfər edən Fərid Səfərlinin həbs edilməsi ilk hadisə deyil:
İran rejimi tərəfindən qanunsuz həbs olunan Fərid Səfərlinin anası oğlunun taleyindən narahatdır. Əlacız qalan ana Azərbaycan dövlətinin öz vətəndaşına sahib çıxmamasına təəssüfünü bildirib. Bu barədə “Şərq”ə danışan Dilarə Əsgərova deyib ki, iki nəfər bizim azərbaycanlı vəkil, İrandakı konsulumuz azərbaycanlı vəkillərin Fəridə kömək edib, onunla telefonla danışıb məsləhət vermələrinə şərait yaratmır: “Fərid İran məhkəməsində tərcüməçisiz, vəkilsiz və Azərbaycan tərəfinin nümayəndəsi olmadan tək qalıb. Azərbaycanın İrandakı konsulluğunun mənə məsləhət gördüyü vəkillər çox bahalıdı. İran azərbaycanlılarından olan bu vəkillər Fəridin telefon zənglərinə cavab verməyə görə 5000 dollar məbləğ istədirlər. Prosesdə iştiraka görə isə ağlasığmaz bir məbləğ. Mənim isə buna imkanım çatmır. Məcbur qaldım ki, Fəridi Azərbaycandan bir vəkillə əlaqələndirim ki, məhkəməyə qədər ən azı telefon vasitəsilə hüquqi məsləhətlər versin. Sağ olsunlar, bir neçə vəkil pulsuz köməklik göstərəcəklərini dedi. Amma onlarla Fəridi danışdırmaq məsələsində Konsulluğumuz telefon əlaqəsi yarada bilməyəcəklərini bildirdilər”.
Qeyd edək ki, Fəridin anası Konsulluqdan əlavə Azərbaycan Xarici İşlər Nazirliyinə də müraciət edib: “XİN məni Fəridlə əlaqələndirir və onu müdafiə etmək üçün vəkillər məsləhət görürlər. Sadəcə qeyd etdiyim kimi, vəkillər bahalı olduğu üçün Fəridin müdafiəsi üçün onları tutmağa imkanım çatmır”.

“Dəfələrlə bu cür xoşagəlməz hadisələrə şahid olmuşuq. Ona görə də hər bir azərbaycanlı bu məsələni ciddiyə almalı və İrana getməkdən imtina etməlidir. Hansı ki, Azərbaycanın Xarici İşlər Nazirliyi səviyyəsində dəfələrlə ölkə vətəndaşlarına da İran İslam Respublikasına səfərlərin təhlükəsi barədə xəbərdarlıq edilib. Hətta hava limanlarındakı məlumat lövhələrində də risklərlə bağlı məlumat verilib. Fərid Səfərli də digər həmyerlilərimiz kimi bu xəbərdarlığı ciddiyə almalı idi. Sadəcə, sevgilisini görmək üçün onun İrana getməsi mənasız arqumentdir. Amma bu o demək deyil ki, Azərbaycan dövləti onun hüquqlarını müdafiə etməməlidir. İstənilən halda hər bir vətəndaşın hüquqularını qorumaq dövlətin borcudur. Ona görə də Təbrizdəki Konsulumuzun məsələyə biganə yanaşması həqiqətən də təəssüfləndirici haldır. Azərbaycanın İrandakı səfirliyi yanvar ayındakı terror aktından sonra fəaliyyətini dondurduğu üçün bu kimi hallarda İrandakı Konsulluğumuz üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Ən azı o gəncin müdafiəsi üçün vəkil xidməti təmin edilməlidir. Buradakı vəkillərlə Fəridin telefon danışığını əlaqələndirə bilmirlərsə, oradakı vəkillərdən tutsunlar. Fərid Səfərlinin İran məhkəməsində müdafiəsiz və vəkilsiz qalmağı Azərbaycan dövlətinin imicinə çox böyük zərbə vurur. XİN və digər aidiyyəti qurumlar bu məsələni nəzarətdə saxlamalı və İran məhkəməsi tərəfindən haqsız mühakimə olunan Fərid Səfərlinin hüquqları ən yüksək səviyyədə qorunmalıdır”.
Ə.Şahidovun sözlərinə görə, İran azərbaycanlısı olan vəkillərin fantastik qiymət tələbi ən azı konsulluğun biganəliyi qədər üzücü bir haldır: "Başqa vaxtı millətçilikdən, qardaşlıqdan danışırlar, amma iş görməyə gələndə hamı öz cibini güdür. Deməli, orada yaşayan azərbaycanlılar birlikdə, qardaşlıqda maraqlı deyillər. İran dövlətinin bizə qarşı düşmənçiliyi göz önündədir. Heç bir ciddi ittiham olmadan Azərbaycan vətəndaşını həbs etmək və ortada sübut-dəlil olmadığı halda hələ də onu azad etməməsi onlar üçün ənənə halını halıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət