Astarada itkin düşmüş hesab edilən balıqçıların axtarışına helikopter cəlb olunub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, dekabrın 9-u səhər saat 8 radələrində balıq tutmaq məqsədilə Xəzər dənizinə çıxan və itkin düşmüş hesab edilən balıqçılar Turan Həsənov və Ağadədə Həsənovun axtarışlarına helikopter cəlb olunub.
Artıq FHN-nin aviasiya dəstəsinə məxsus helikopter ərazidə axtarışlara başlayıb.