Astarada qarpızın içində narkotik aşkarlandı

Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya qarpız aparan nəqliyyat vasitəsinə gömrük baxışı zamanı qarpız yükünün içərisində narkotik vasitə aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən Sherg.az-a verilən məlumata görə, kinoloji xidmət iti qarpız olan yeşiklərə reaksiya verdiyindən yük əsaslı yoxlamaya cəlb edilib.

Bu zaman qutulardakı 12 ədəd qarpızın içərisində gizlədilmiş, xalis təmiz çəkisi 27 kiloqram 845 qram narkotik vasitə-həşiş aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.