Ayı çobanı parçaladı
Yusif Nəzərli
22:30 01.07.2022
Hadisə
708
Güllə yarası alan vəhşi heyvan da ölüb
Türkiyənin Ərzurum bölgəsində dəhşətli hadisə baş verib. “Şərq” “ahaber.com”a istinadən bildirir ki, Ərzurumun Olur Hükam kəndində çobanlıq edən 5 övlad atası Fatih İlhanın evə dönmədiyini görən ailəsi və qonşular polisə məlumat verib. Bölgədə əl fənərləri də dronun köməyi ilə axtarış başladan Ərzurum Olur əyalət Jandarma komandanlığı və fövqəladə hallar üzrə axtarış qrupu gecə yarısı Fatih İlhanın parçalanmış cəsədini dərədə tapıb. Çobanın cəsədindən bir qədər aralıda isə bəyaz ayı cəsədi də tapılıb.
Ayının yara aldığı da təsbit edilib. Çobanın və ayının cəsədinin müayinəsi hadisənin necə baş verdiyini müəyyənləşdirib. Məlum olub ki, çoban dərədə ayıyla qarşılaşdıqda ona atəş açıb. Yaralı ayı daha da qəzəblənərək çobanın üzərinə hücum çəkib. Onu parçalayıb.
Lakin ayı yaralı olduğundan hadisə yerindən çox uzaqlaşa bilməyib və bir qədər kənarda yıxılaraq ölüb. Çobanın bədəninin parçaları müvafiq paketin içinə toplanıb.
Ərazi qayalıq bölgə olduğu üçün cəsəd çətinliklə aşağı endirilib. Helikopterə qoyularaq Olur Dövlət Xəstəxanasına aparılıb. Ayının da cəsədi dərədən çətinliklə çıxarılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Payızda bu 2 qida mütləq yeyilməlidir
07:17 16.11.2026
Sağlamlıq
ABŞ-ın daha bir aviadaşıyıcısı Yaxın Şərqə gəlir
06:42 16.11.2026
Aktual
Serial eşqi gerçək oldu
03:33 16.11.2026
Şou
Qanınızı qatılaşdıran 2 əsas səbəb
02:56 16.11.2026
Sağlamlıq
Hörmüz boğazında tanker minaya düşüb
01:59 16.11.2026
Son dəqiqə
Saakaşvili milli komandanı dəstəkləməyəcək - Səbəb
01:40 16.11.2026
Aktual
İran XİN: ABŞ-nin Tehranın şərtlərinə cavabı praktik deyil
00:37 16.11.2026
Region
KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
00:16 16.11.2026
Aktual
Çexiyada son 40 ilin ən böyük etirazı...
23:33 15.11.2026
Dünya
Xırdalanda güclü külək 7 avtomobilə ziyan vurub
23:15 15.11.2026
Hadisə
Husilər Ər-Riyadda hava limanını hədəfə aldıqlarını açıqlayıblar
22:56 15.11.2026
Gündəm
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region