Azərbaycan ordusunun hərbçisi Kəlbəcərdə göldə boğulub

Azərbaycan ordusunun zabiti göldə batıb.

APA-nın məlumatına görə kapitan Fərzəliyev İlham bu gün Kəlbəcər rayonu ərazisində yerləşən Alagöldə çimərkən boğularaq ölüb.
Faktı Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya təsdiq ediblər.

Qeyd edək ki, kapitan İlham Fərzəliyev ikinci Vətən Müharibəsində iştirak edib.