Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsinin əməliyyat qrupu hazırda yolun yuyulmuş hissəsindədir və vəziyyəti qiymətləndirmək üçün pilotsuz aviasiya sistemlərindən də istifadə edir.
Bu barədə Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir.
Məlumata görə, vəziyyət Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsinin nəzarətindədir. Yolun bu hissəsinin açılması ilə bağlı əlavə olaraq məlumat veriləcək.
12:42
Avqustun 22-də turistlər Rusiyanın şərqində, Kamçatkanın Ploski Tolbaçik vulkanında avtomobillərində çarəsiz qalıblar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Kamçatka-İnform" agentliyi məlumat verir.
Məlumata görə, turistlərin bir neçə saat ərzində vulkana doğru getdikləri yol güclü yağış nəticəsində tamamilə yuyulub.