Azərbaycanda 9 ayda yanğınlarda 32 nəfər həlak olub

2025-ci ilin 9 ayı ərzində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 1198 olub.

Sherg.az xəbər verir ki, bu barədə FHN-in məlumatında deyilir.

Məlumata görə, yanğın hadisələri zamanı 32 nəfər həlak olub, 132 nəfər xəsarət alıb. Bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 3 nəfər və ya 2%, xəsarət alanlar üzrə 30 nəfər və ya 19% azdır.