Azərbaycanda qızıl mağazasında BIÇAQLANMA
Yusif Nəzərli
08:40 15.10.2022
Hadisə
489
Mingəçevirdə bıçaqlanma hadisəsi olub.
Lent.az-ın məlumatına görə, mübahisə zamanı 23 yaşlı Ağdam rayon sakini Orxan Cəfərov 39 yaşlı Maarif Əzimovun ayağına bıçaqla xəsarət yetirib.
Məlumata görə, Orxan Cəfərov bir neçə gün əvvəl Mingəçevir şəhərindəki qızıl mağazalarından birinə boyunbağı satıb. Dünən isə anası ilə birgə həmin boyunbağını geri almağa gəliblər. Mağazanı işlədən şəxs isə iddialara görə, həmin boyunbağını deyil, başqasını təqdim edib. Bundan sonra tərəflər arasında mübahisə başlayıb və Orxan söyüş işlədib. Söyüşdən sonra yan mağazanın sahibi Maarif Əzimov Orxana irad tutub və mübahisə daha da gərginləşib. Nəticədə Orxan Maarifin ayağına bıçaq zərbəsi vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, hadisəni törədən Orxan Cəfərov şübhəli şəxs qismində saxlanılıb və hazırda faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində zəruri istintaq hərəkətləri davam etdirilir
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə