AzTV-nin Gürcüstan müxbiri təyyarənin düşdüyü ərazidə ağır xəsarət aldı


AzTV-nin Gürcüstan bürosusunu müxbiri təyyarənin düşdüyü ərazidə xəsarət alıb.

Teleqraf xəbər verir ki, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Gürcüstan bürosunun müxbiri Ruslan Həsənov Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 təyyarəsinin qəzaya düşdüyü ərazidə çəkliş aparmaq istəyərkən xəsarət alıb.

"Dünəndən qəza olan ərazidəyik. Gecə bizi əraziyə buraxmadılar. Mən koordunatı dəyişdim. Azərbaycandan, Türkitəyədən gələn jurnalistlər var idi. Həmin ərazidə görüntülər daha aydın düşürdü. Görüntüləri götürdüm operatorla. Ərazidə internet yox idi. Elə həmin ərəfədə baş verdi. Ayağımdan ağır xəsarət almışam. Hazırda Gürcüstandakı xəstəxanalardan birinə aparılmışam. Əməliyyat olunasıyam" - deyə R. Həsənov bildirib