Bakıda ayaqyoluda gecələyən qadını müalicəyə göndərdilər
20:37 14.03.2021
Hadisə
424
Dünən sosial şəbəkələrdə Dənizkənarı Milli Park, Qız Qalası yaxınlığında bir qadının küçədə, keçiddə, ayaqyoluların yanında gecələməli olduğu, çətin həyat şəraiti ilə üzləşdiyi haqda məlumat paylaşılıb. Həmin qadın tapılaraq müalicəyə göndərilib.
Bu barədə Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov Facebook-da yazıb.
"Məlumatı əldə etdiyimiz andan etibarən Sosial Xidmətlər Agentliyinin nümayəndələri qadının qaldığı əraziyə yollandılar. Təəssüf ki, ilkin cəhddə onu paylaşımlarda qeyd edilən yerdə tapmaq mümkün olmadı. Ardından Daxili İşlər Nazirliyi əməkdaşlarının səyi nəticəsində qadın tapıldı. Sosial Xidmətlər Agentliyi əməkdaşlarının da iştirakı ilə aidiyyatı səhiyyə qurumuna müraciət edilməklə lazımi müalicə müəssisəsinə göndərildi", - Həşimov yazıb.
O bildirib ki, müalicədən sonra qadının vəziyyəti dəyərləndirilərək, özünün razılığı olarsa, Agentliyin aidiyyatı müəssisəsinə yerləşməsi təmin olunacaq. Həşimov proses barədə narahat olan və xəbər verən hər kəsə təşəkkür edib, məsələyə operativ müdaxilə edən DİN əməkdaşlarına minnətdarlığını bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CHP ÖZGÜR olacaq, yoxsa QILINCDAN keçəcək? - TƏHLİL
20:39 26.05.2026
Gündəm
Zakir Həsənov Qurban bayramı münasibətilə şəxsi heyəti təbrik etdi
20:15 26.05.2026
Hərbi
İsveçrə Prezidenti Azərbaycan liderini təbrik edib
19:48 26.05.2026
Rəsmi
DİM 17 mayda keçirilən imtahanların nəticələrini elan edib
19:41 26.05.2026
Elm və Təhsil
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
19:29 26.05.2026
Siyasət
Seren Ay Çetindən şok iddia: “Sercan Beyza ilə evlənməyi düşünürdü”
19:19 26.05.2026
Şou
Fransada isti hava faciəyə səbəb oldu: 7 nəfər həyatını itirdi
19:03 26.05.2026
Dünya
İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:54 26.05.2026
Gündəm
Bu yağıntılar başdan-ayağa müəmmadır - Ekoloq Ənvər Əliyev
18:20 26.05.2026
Ekologiya
Makron Azərbaycan Prezidentini təbrik etdi
18:15 26.05.2026
Gündəm
Donald Tramp Prezident İlham Əliyevə təbrik ünvanlayıb
18:01 26.05.2026
Gündəm
Qarabağda köməksiz vəziyyətdə cüyür balası aşkar edildi - FOTO
17:53 26.05.2026
Qarabağ
Bir sıra məhkəmələrə hakimlər təyin edildi
17:28 26.05.2026
Gündəm