Bakıda birmərtəbəli ev yanıb

Bakıda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Sherg.az-a verilən məlumata görə, paytaxtın Xəzər rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli evin 2 otağının yanar konstruksiyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.